Hakim Elçin Məsiyev FİFA dan təyinat alıb

25.06.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb. Belə ki, həmyerlimiz Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə - Niderland oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.

İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, Almaniya - İtaliya görüşündə (3:2) isə dördüncü hakim olub.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью