Hakim niyə “Qarabağ”a penalti vermədi? | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" oyununun 72-ci dəqiqəsində baş verən mübahisəli penalti epizodu müzakirə mövzusuna çevrilib.
Qarşılaşmanın baş hakimi İqor Payaçın qəti olaraq onbirmetrlik cərimə zərbəsini təyin etməməsi birmənalı qarşılanmadı.
Əvəzində künc zərbəsi təyin edən xorvatiyalı referi heç VAR-a müraciət etməyə də ehtiyac görmədi.
Axar.az xəbər verir ki, Teleqraf məsələ ilə bağlı təcrübəli, sabiq FİFA referilərininin fikrini öyrənib.
Agentliyə danışan Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı olaraq penaltidir: "Qarabağ"ın futbolçusu topa oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma gecikdiyi üçün topa toxuna bilmir.
Silvanın sol ayağının dabanına, həm də sol ayağının yuxarı hissəsinə təmas görürəm.
Açığı, oyuna baxmamışdım, siz təqdim etdiyiniz epizodda elə bildim ki, baş hakim penalti təyin edib.
Tam oxu
Xəbəri oxu