Hakim özündən çıxdı, qapıçını yumruqladı VİDEO

27.11.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Boliviya Kubokunun final qarşılaşmasında qalmaqallı hadisə baş verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Real Potosi” və “Ready” komandaları arasında keçirilən görüşdə baş hakim Cordi Aleman qapıçı Kristian Martinesin üzünə yumruq vurub.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Final fitindən sonra “Real Potosi”nin futbolçuları hakimin qərarlarına etiraz ediblər. Yaranan mübahisə zamanı Aleman argentinalı qapıçıya zərbə endirib.

Hadisə futbolçuların kəskin reaksiyasına səbəb olub. Vəziyyətin daha da gərginləşməsi nəticəsində polis əməkdaşları meydana daxil olaraq hakimlər briqadasını mühafizə altında ərazidən uzaqlaşdırıblar.

İlk qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “Ready” kubokun sahibi olub.

Hakimi törətdiyi əmələ görə üç ilədək diskvalifikasiya cəzası gözləyə bilər. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью