Hakim partiya Koreya prezidentini istefaya çağırdı

06.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyanın hakim partiyasının lideri Han Donq-Hun Prezident Yun Sok-Yolu istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

"Xalqın gücü" partiyasının lideri bu fikirləri Milli Assambleyada çıxışı zamanı səsləndirib.

Qeyd olunub ki, Yun Sok-Yolun vəzifədə qalması hərbi vəziyyətin yenidən elan olunma ehtimalını artırır.

Han Donq-Hunun sözlərinə görə, bu cür radikal vəziyyət təkrarlanacağı təqdirdə, baş verənlər ölkəni uçuruma aparacaq.

Xatırladaq ki, Cənubi Koreyada dekabrın 3-ü hərbi vəziyyət elan olunub və gecə saatlarında Seula xüsusi texnikalar yeridilib.

Etirazlar nəticəsində məsələ parlamentdə səsverməyə çıxarılıb və hərbi vəziyyətin ləğvini tələb edən qətnamə qəbul olunub.

Hərbi rejim cəmi 6 saat davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью