Hakim partiya prezidentliyə namizədini açıqlayıb

27.11.2024

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Gürcüstanın prezidentliyə namizədi Mixail Kavelaşvili olacaq.
Bunu “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.
Bəyanat “Gürcü Arzusu”nun Siyasi Şurasının iclasından sonra verilib.
Namizədlik məsələsi ilə bağlı “Gürcü Arzusu” bu gün səhər, əvvəlcə Siyasi Şuranın, sonra isə müxalifət partiyasının iclasında müzakirə edilib.
Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək(Report).

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью