Hakim partiya rəsmisi, oğlu və qardaşı oğlu öldürüldü

27.07.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Batman şəhərində silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon təşkilatının rəhbərliyində təmsil olunan Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk qətlə yetirilib.

Modern.az xəbər verir ki, hadisə Batmanın Güneykent rayonundakı şəhər qəbiristanlığında baş verib. Naməlum şəxs və ya şəxslər Mehmet Direkə, onun oğlu Ercana və qardaşı oğlu Bekirə atəş açıblar. Nəticədə hər üç nəfər hadisə yerində həyatını itirib.

"Cümhuriyet" qəzetinin məlumatına görə, insidentdən sonra polis ərazini mühasirəyə alıb, bütün giriş və çıxışlara nəzarəti gücləndirib.

Hücumu törədən şəxslərin kimliyi və hadisənin motivi hələ müəyyən edilməyib.

Hüquq-mühafizə orqanları ətraf ərazilərdə quraşdırılmış müşahidə kameralarının görüntülərini araşdırır. Eyni zamanda, hücum edənlərin qaçış marşrutunun müəyyənləşdirilməsi üçün texniki və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью