Hakim “Qalatasaray” “Fənərbağça” derbisindən imtina etdi

17.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Super Liqasında 24 fevralda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” derbisi ilə bağlı olay iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, sözügedən matçın hakiminin kimliyinə dair müzakirə davam edir.

Hətta derbini xarici hakimin idarə etmə ehtimalı belə səsləndirilir. Lakin əsas gündəm olan iddia bəzi türk hakimlərin bu matçı idarə etməkdən imtina etməsidir. Belə ki, sabiq hakim Bünyamin Gezer “TRT Spor” telekanalında diqqətçəkən fikirlər səsləndirib. 

Onun sözlərinə görə, Halil Umut Melerin derbininin idarə olunmasından  imtina edib:

“Derbinin hakimi türk olsa, ya Halil Umut Meler, ya da Atilla Karaoğlan olar. Əslində Halil Umut Meler adı ön plana çıxır, lakin onun derbini idarə etmək istəmədiyini bilirəm”.

Elmir Mustafa
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью