Hakim qardaşlara yeni təyinat gəldi

14.02.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar. Sport24.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan təmsilçiləri kişi həndbolçular arasında EHF Kubokunun 1/8 finalında Yunanıstanın "AEK" və Sloveniyanın "MRK Krka" komandalarının görüşlərini idarə edəcəklər.

Qeyd edək ki, qarşılaşmalar fevralın 15-16-da Yunanıstanda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью