Hakim qarşısına çıxarılan müğənninin dəfələrlə məhkumluğu olub | Icma.az
Gununsesi saytına istinadən Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, bu günlərdə Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Də
Bu dəfə o, ayrı-ayrı vətəndaşlara əlillik dərəcəsi almaq üçün onlardan külli miqdarda vəsait toplamaqda ittiham olunur.
Gununsesi.info-nun ittiham aktına istinadən verdiyi xəbərə görə, Dəniz Əsədovanın dəfələrlə məhkum olunması üzə çıxıb.
Belə ki, 04.07.2023-cü il və 03.11.2025-ci il tarixlərdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri təqsirli bilinib 2 il şərti sınaq müddəti ilə 4 il 9 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon Məhkəməsinin 22.04.2022-ci il və 04.08.2022-ci il tarixli hökmləri ilə həmin Məcəllənin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib müvafiq olaraq 6 ay və 8 ay 20 gün müddətinə islah işləri cəzasına, həmin Məhkəmənin 14.03.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məhkəmənin 15.05.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Firuzə Mahmudova Gununsesi.info Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu