futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən mövsümdən etibarən hakimlərin mübahisəli qərarlarını müzakirə edən həftəlik “Tiempo de Revision” verilişi yeni mövsümdə yenilənmiş formatda təqdim olunacaq.
Futbolpress.az xəbər verir ki, hər buraxılışda yer alacaq epizodları İspaniya Peşəkar Futbol Liqasının xüsusi süni intellekt sistemi vasitəsilə müəyyənləşdirəcək.
Hakimlər Komitəsinin bəyanatına əsasən, texniki izahlar bundan sonra yeni qrafikalar və audiovizual materiallarla müşayiət olunacaq. Bu addım verilişin təqdimatını daha müasirləşdirməklə yanaşı, azarkeşlərin və mütəxəssislərin hakim qərarlarını daha rahat anlamasına şərait yaradacaq.
Komitə metodiki və ya maarifləndirici baxımdan xüsusi əhəmiyyət kəsb edən, lakin süni intellekt tərəfindən seçilməyən epizodları istisna hal kimi verilişə əlavə edə biləcək.