Hakim Ramiz dayı”nı divara dirədi : Sən işədüzəltmə idarəsində işləyirsən ki?

14.01.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin məşhur Ezel" serialında "Ramiz dayı”nın cavanlıq obrazını canlandıran aktyor Ufuk Bayraktar bu gün İstanbul məhəkmə qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 44 yaşlı "Dayı" ləqəbli aktyor Bəyoğlu rayonunda bir restoran sahibinə "hər həftə 25 min tl verəcəksən", - deyə xərac kəsməkdə ittiham olunur.

Məhəmədə ifadə verən aktyor xərac iddiasını qəbul etmədiyini deyib: "Həmin günü içkili idim. O səbəbdən məhəllədə xeyirə-şərə yaramayan, gənclərə iş imkanı yaratmayan restorana qəzəblənib getmişəm. Onu hmin yerdə vurduğumu xatırlamıram. Lakin dediym kimi, ondan gənclərə iş imkanlar yaratmağı tələb etmək məqsədim olub..."

Bu yerdə hakim aktyora "Sən kimsən axı?! Sən işədüzəltmə məntəqəsində işləyirsən ki?", - sualını verb.

Aylıq bir milyon TL gəliri olduğunu, həmin məhəllədə atasından qalma çay evi işlətdiyini deyən aktyor sualı belə cavablandırıb: "Yaxşı, gənclərə mən belə dəstək olmasam, kim olacaq, hörmətli hakim?".

Tərəflərin sual-cavabından sonra hakim iclası 6 may 2026-cı ilə təxirə salıb.

Hüseyn Namazov

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью