Hakim təyin edilənlərdən biri SABİQ DEPUTATIN OĞLUDUR

11.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi məsələsinə baxılıb.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qərar layihəsinə əsasən, Füzuli Rayon Məhkəməsinin hakimi Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq, bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, Zəfər Əhməd Milli Məclisin keçmiş deputatı Vahid Əhmədovun oğludur.

Xatırladaq ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun beş illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью