Hakim Ziyeş azad agent oldu

06.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Mərakeş millisinin sabiq futbolçusu Hakim Ziyeş “Vidad Kasablanka”dan ayrılıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə klub arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib və Ziyeş azad agent statusu alıb.

Ziyeş Mərakeş klubuna ötən il qoşulub. O, “Vidad”ın heyətində 16 oyuna çıxıb və doqquz qol vurub.

33 yaşlı futbolçu karyerası ərzində “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray”, “Əl-Duhail” və “Vidad Kasablanka”da çıxış edib. O, Mərakeş millisində 51 oyun keçirib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью