Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əməkdar artist Qorxmaz Əlilicanzadə məhkəmə ilə bağlı yaşadığı hadisədən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Şadlıq olsun” verilişində danışıb. O, məhkəməyə ərizə verdiyini və bunun üçün ondan 500 manat istənildiyini deyib:
“Məhkəməyə ərizə verdim, məndən 500 manat istədilər. Verdim, amma məsələnin uzadılmamasını istədim. Söhbətin arxasında dururam, hakimə verdim. Heç bir iş görmədi. Sonra pulumu qaytarmadı. Dedim ki, iş görmürsən axı. Hər sahənin yaxşısı da, pisi də var”.