Hakimə fiziki təzyiq göstərən oyunçu ilə bağlı QƏRAR İdman və Biz

23.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Futzal üzrə Azərbaycan kubokunda yaşanan qalmaqala hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi “Neftçi” İK İB – “Star Karqo” oyununda baş verənləri müzakirə edib.

“Star Karqo”nun oyunçusu Qərib İbrahimov matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb. O, cəzalandıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərib. AFFA futzalçını 5 oyunluq cəzalandırıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью