Hakimi ilə PSJ arasında yeni razılaşma İdman və Biz

22.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aşraf Hakimi PSJ ilə müqavilə müddətini artıracaq.

İdman.biz xəbər verir ki, yaxın günlərdə Paris klubu bununla bağlı rəsmi açıqlama yayacaq.

Hakiminin Fransa çempionu ilə bağlayacağı yeni müqavilə 2029-cu il iyunun sonuna kimi nəzərdə tutulub. 26 yaşlı müdafiəçinin PSJ ilə hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi.

Qeyd edək ki, Aşraf 2021-ci ildən komandanın şərəfini qoruyur. O, 133 oyunda 16 qol vurub, 22 ötürmə verib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью