Hakimi müdafiəçidir, yoxsa hücumçu?

31.10.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hakimi müdafiəçidir, yoxsa hücumçu?

Fransa Liqasının 9-cu turunda PSJ səfərdə “Havr”ı 5:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, Paris təmsilçisinin qələbəsində Əşrəf Hakimi əsas pay sahibi olub. Mərakeşli futbolçu qarşılaşmada 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Sağ cinah müdafiəçisi əvvəlcə 26-cı dəqiqədə Mika Qodtsun vurduğu qolun ötürməsini edib. Bundan iki dəqiqə sonra özü fərqlənərək komandasını hesabda önə çıxarıb. Hakimi 55-ci və 69-cu dəqiqələrdə daha iki qol vuraraq het-trik edib. O, 62-ci dəqiqədə isə Sennı Mayulunun qolunun ötürməsini edib.

Beləliklə, 27 yaşlı futbolçu PSJ-nin matçda vurduğu 5 qolun hamısında birbaşa iştirak edib. O, 71-ci dəqiqədə əvəzlənib.

Bu, Hakiminin peşəkar karyerasında ilk het-trikidir.

Oyundan sonra keçirilən mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Əşərf Hakimi haqda deyib: “Biz onun güclü tərəflərini çox yaxşı bilirik. Əslində, o, daha çox hücumçuya bənzəyir: irəlidə oynayır, boş zonalara açılmağı və qol ötürmələri etməyi bacarır. Top bizdə olanda o, əsl hücumameyilli futbolçudur. Top rəqibdə olanda isə hamı müdafiəçiyə çevrilir. O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir".

Qeyd edək ki, bu qələbədən sonra PSJ 20 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью