Hakimi söyən Quliyev 4 oyunluq diskvalifikasiya edildi

20.11.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda II Liqa klubu "Kür-Araz"ın futbolçusu Asim Quliyevə 4 oyunluq cəza verilib.

22 yaşlı yarımmüdafiəçi 9-cu turun "Qaradağ Lökbatan"la oyunu bitdikdən sonra hakimi təhqir edib.

Bölgə təmsilçisi Quliyevin hərəkətinə görə 1000 manat cərimə ödəyəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью