Hakimi təhqir edən futbolçular cəzalandırılıb

26.12.2024

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi aşağı liqalarda rəqiblərini və hakimi təhqir edən futbolçuları cəzalandırıb.

Mia.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA U-16 Liqasında keçirilmiş "Lion" - "Asta" matçında hər iki komandanın oyunçuları rəqiblərini təhqir ediblər. "Lion"dan Hüseyn Hüseynov, "Asta"dan Rəsul Quliyev 3 oyunluq diskvalifikasiya ilə üzləşiblər.

AFFA U-14 Liqasında isə Göyçayın "Çinar" kollektivinin futbolçusu İbrahim Şəfiyev Beyləqanın "Mil" komandası ilə görüşdə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. O, 2 matçlıq cəzalandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью