Hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıldı

23.09.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz”– “Zirə” oyununda “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sabah”– “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat cərimələnib.

Eyni matçın 90+1-ci dəqiqəsində “İmişli”nin 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Onun klubu isə 10000 manat cərimə edilib.

“Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu görüşdə  “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью