Hakimin İstanbul derbisindən maddi qazancı ortaya çıxdı | Icma.az
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Superliqasının 25-ci turunda ötən gün keçirilən "Qalatasaray" - "Fənərbaxça" matçını idarə edən əcnəbi hakim Slavko Vinçiçin qazancı bəlli olub.
QOL.az xəbər verir ki, son vaxtlar Superliqada hakimlik haqqında çox söz-söhbətlər gəzdiyindən Türkiyə Futbol Federasiyası derbi matçına sloveniyalı referi Slavko Vinçiçi təyin etmişdi.
"Milliyət"in yaydığı xəbərə görə, FİFA referisi bu oyuna görə 3600 avro qonorar alıb. Onun köməkçilərinə isə 2300 avro ödəniş olunub.
Həmçinin, Vinçiç və köməkçilərinin günlük 350 avro aldığı bildirilib. Xatırladaq ki, "Qalatasaray" - "Fənərbaxça" matçı qolsuz başa çatıb.
Komandalar matçdan sonra hakim idarəçiliyindən narazı qalmayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu