Hakimin öldüyü qəza ilə bağlı yeni məhkəmə BAŞLADI

03.09.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakı Apellyasiya Məhkəməsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı təqsirləndirilən Nuran Abdurrahmanovun hökmündən zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisinin hüquqlarını müdafiə edən vəkil vəsatət verərək, məlum hadisə ilə bağlı zərərçəkənin hüquqi varisinin səhhətində yaranmış problemlərlə bağlı prosesdə iştirak edə bilmədiyini məhkəməyə bildirib və onun növbəti prosesdə iştirak edə bilməsi üçün məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə tərkibi növbəti prosesin 17 sentyabr saat 10:50-ə təyin oçunduğunu bildirib.

Xatırladaq ki, hadisə 22 dekabr 2025-ci ildə Pirşağı-Novxanı yolunun Bakı şəhəri Binəqədi rayonunun Görədil bağlar massivi ərazisində baş verib. Nuran Abdurahmanov idarə etdiyi "Samand Soren" markalı dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan əks istiqamətdə  öz hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan Yadigar Babayevin idarə etdiyi "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında qarşı-qarşıya toqquşub və nəticədə "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Aynurə Rzayevanın ağır xəsarətlər alaraq ölümünə səbəb olub. Sürücü Yadigar Babayev qəza nəticəsində ağır bədən xəsarətləri alsa da, onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi başlanılıb, Nuran Abdurahmanov Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə)  maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.10 iyul 2026-cı il tarixdə Binəqədi rayon Məhkəməsi Nuran Abdurahmanovun 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən Aynurə Rzayeva şəhid övladı olub. Onun atası Rzayev Tapdıq Köçəri oğlu Ermənistanın Azərbaycana qarşı işğalı zamanı Kərkicahan uğrunda gedən döyüşlərdə şəhid olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью