Hakimiyə gözlənilməz əvəzedici

02.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ “Strasburq”un müdafiəçisi Qela Due ilə maraqlanır.

Futbolpress.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Kot-d’İvuar millisinin 23 yaşlı futbolçusu Paris klubunda Əşrəf Hakiminin əvəzləyicisi kimi nəzərdən keçirilir.

Gənc müdafiəçi “PSJ”nin yarımmüdafiəçisi Dezire Duenin qardaşıdır. Transferlə bağlı danışıqlarda hələlik ciddi irəliləyiş qeydə alınmayıb.

“Renn”in yetirməsi olan Qela 2024-cü ildə “Strasburq”a keçib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Due 2025/26 mövsümündə bütün turnirlərdə daxil olmaqla 34 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью