Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Kəramət Böyükçöl nə edir? Kitab satır də, pis iş görmür ki.
Özü də harada satır? Küçədə. Motorsuz avtobusda. Bu adam necə hakimiyyətin layihəsi ola bilər? Etik cəhətdən bunu demək düzgün deyil.
Kitab satışı böyük bir şəbəkə, yaxud vəzifədir? Kəramət kitabı özü satır. Daha doğrusu, kitabın fəhləsi, satıcısıdır.
Kitabı müxalifətə də satır, hakimiyyətə də. Azərbaycan mədəniyyətinin inkişafına kömək edir. Mən də hamısını oxuyuram.
Kəramət çox istedadlı yazıçıdır, istedadlı cavabları var. Bir cümləsi hamısını yerlə yeksan etdi.
Cavab verə bilmirlər, çünki yazıçıya cavab vermək çətindir, yazıçı bütün hadisələrin içindədir, hər şeyi aydın görür.
Hakimiyyət çox doğru-düzgün yoldadır. Hakimiyyət daha demokratikdir, legitimdir, nəinki müxalifət. Müxalifət daha qəddardır.
Mən hakimiyyətyönlü bir adamam. Heç bir ictimai-siyasi partiyanın üzvü olmamışam, üzvü deyiləm, fikrim də yoxdur.