Hakimiyyət təhlükə altındadır: Hizbullahdan xalq sunamisi barədə xəbərdarlıq, vəziyyət qarışdı

05.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Livanın paytaxtı Beyrutun mərkəzində İsrail əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, aksiya zamanı Hizbullahın siyasi şurasının sədr müavini Mahmud Komati hakimiyyət orqanlarını “müqavimət silahları” ilə bağlı yanlış qərarlar qəbul etməkdən çəkindirməyə çağırıb və mümkün “xalq sunamisi” barədə xəbərdarlıq edib.

Komati bildirib ki, keçirilən etiraz aksiyası hakimiyyətə qarşı daha geniş siyasi və ictimai hərəkətlərin yalnız başlanğıcıdır. Onun sözlərinə görə, mövcud siyasət davam edəcəyi təqdirdə bu proses ciddi nəticələrə gətirib çıxara bilər.

“Mesaj aydındır: bu gün biz hərəkata başlamışıq. Qarşıda müqavimət silahları ilə bağlı hər hansı yanlış qərarlara etiraz edəcək böyük bir xalq sunamisi mümkündür. Bu, yalnız başlanğıcdır və siyasi addımlar bunun ardınca gələcək”, – deyə Komati vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью