Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl "Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir" açıqlamasını verəndən sonra erməni deputatların bir çoxu onun bu açıqlamasını tənqid edib.Adalet.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, "sərhədin demarkasiyası” prosesi çərçivəsində hökumət müxtəlif hüquq-mühafizə orqanları və kommunistlərin etibarlı şəxsləri vasitəsilə Tavuş bölgəsinə böyük miqyasda dezinformasiya yeridir.
. O bildirib ki, hətta qonşu kəndlərdə də bir çox hallarda proseslə bağlı ziddiyyətli məlumatlar verirlər və bütün bunlar maskalanmış və kif
Mövzu elə əlavələrə və müdaxilələrə məruz qalır ki, bilmirsən dürüst xəbər hansıdır.
Çünki hakimiyyət mövzu ortaya gəlməmişdən əvvəl genişmiqyaslı informasiya hazırlıqları görüb və növbəti fırtınaya mükəmməl şəkildə hazırlaşır".Qeyd edək ki, Abramyan ötən dəfəki sosial şəbəkə paylaşımlarında demarkasiya ilə bağlı belə bir fikir söyləmişdi:" Bütün bunlar Ermənistan hakimiyyətinin demarkasiya adı altında təqdim etdikləri Azərbaycanın tətbiq etdiyi güzəştdən və Azərbaycan ideyaları ilə həyata keçirilən kapitulyasiya prosesindən başqa bir şey deyil".
Əntiqə Rəşid Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.