Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trass hakimiyyətdə daha uzun müddət qalacağı təqdirdə ölkəsinin 2040-cı ilədək öz ərazisindən Marsa bir neçə missiya göndərə biləcəyini bildirib.
Modern.az xəbər verir ki, “Politico” bu barədə Trassın oktyabrın 26-da nəşr olunan “Bank Job” kitabına istinadən yazıb.
Kitabın “2040” adlı son fəslində keçmiş Baş nazir iqtisadi və texnoloji təşəbbüslərinin həyata keçirildiyi alternativ Britaniya təsvir edir. Bu ssenaridə Mars missiyaları ilə yanaşı, süni intellekt sahəsində daha yumşaq tənzimləmə, aşağı enerji qiymətləri və tikinti layihələrinin razılaşdırılması prosedurlarının sürətləndirilməsi yer alır.
Trass kitabında hökumətinin dövründə yaranan maliyyə böhranına görə məsuliyyətin əhəmiyyətli hissəsini İngiltərə Bankının və digər dövlət institutlarının üzərinə qoyur.
Qeyd edək ki, Liz Trass 2022-ci ilin sentyabr–oktyabr aylarında cəmi 49 gün Baş nazir olub. Hökumətinin təqdim etdiyi büdcə planının maliyyə bazarlarında yaratdığı təlatümdən sonra istefa verib.