Hakimiyyəti onlara ötürəcəm Lukaşenko açıqladı

07.01.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 

“Hakimiyyətdən yapışıb qalmıram, hər şeyi edəcəm ki, onu yeni nəsilə dinc ötürəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Hər şeyi edəcəm ki, hakimiyyəti yeni nəsilə dinc və səssiz verim. Ümid edirəm, yeni hökumətdə siz də, mənim övladlarım da yaşayacaq”, – o bildirib.

Lukaşenko ən böyük üstünlüyünün hakimiyyəti güc yolu ilə tutmağa cəhd etməməsi olduğunu deyib.

Belarus lideri qeyd edib ki, nəsil dəyişkənliyinin ağrısız olması üçün hər şeyi edəcək:

“Gənc nəsilləri hazırlamaq lazımdır. Belarusu bizim uşaqlarımız əlinə alacaq, qoruyacaqlar. Biz sizinlə bu ölkənin suverenliyi və müstəqilliyini qorumuşuq. Nəsil dəyişkənliyi həmişə ağrılı proses olub. Söz verirəm ki, bunun ağrısını hiss etməyəcəksiniz”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью