Hakimiyyəti zorla devirmək üçün dağıdıcı proseslər gedir DTX bəyanat yaydı

01.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son hadisələr göstərdi ki, Gürcüstanda hakimiyyəti zorla devirmək üçün dağıdıcı proseslər gedir.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Biz araşdırma nəticəsində əldə edilmiş sübutları dəfələrlə ictimaiyyətin diqqətinə çatdırmışıq. Müəyyən qruplar Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlər zamanı dağıdıcı və zorakılıq ssenariləri təşkil etməyə çalışırlar. Bu ssenarilər konkret siyasi partiyaların və QHT-lərin rəhbərləri tərəfindən hazırlanıb, onların əsas məqsədi hakimiyyəti zorla ələ keçirməkdir", - departamentin bəyanatında deyilir.

Qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırma aparılır.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью