Hakimlər cüdoçumuzun finala çıxmasının qarşısını aldılar Video

16.04.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cüdoçusu Balabəy Ağayev Tbilisidə keçirilən Avropa çempionatında finala çıxa bilməyib.

“Qafqazinfo” xəbər verir ki, o, yarımfinalda gürcü idmançı Georgi Sardalaşviliyə məğlub olub. 

Lakin bu görüşdə hakimlərin qərarı böyük müzakirə mövzusuna çevirilib. 

B.Ağayev G.Sardalaşvili ilə görüşdə yuko ilə öndə olduğu vaxt, qadın hakim rəqibin xeyrinə vaza-ari verib.

Lakin epizoda baxanda nəinki vaz-ari heç yuko xalının olduğu görünmür.

 60 kq çəkidə favorit olan idmançımızın Avropa çempionu olmasının qarşısı hakimlər tərəfindən alınıb. Referilər yerli idmançını finala çıxarmağı bacarıblar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью