Hakimlər “Mançester Yunayted”dən üzr istədi

14.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Peşəkar Hakimlər Təşkilatı (PGMOL) "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında keçirilən derbi matçında qeydə alınan qalmaqallı qol epizodu ilə bağlı rəsmi bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, təşkilat Erlinq Halandın fərqləndiyi epizodda ciddi mühakimə xətasına yol verildiyini etiraf edib.

PGMOL-un açıqlamasında bildirilib ki, qol vurulmazdan öncə epizod baş hakim tərəfindən monitora yaxınlaşaraq şəxsən təhlil edilməli idi: Dördpendirli pizza

"Bugünkü Mançester derbisində Erlinq Halandın fərqləndiyi epizoda baş hakimin özü tərəfindən baxılmalı idi. Çünki VAR Enzo Fernandesin topa toxunmadığını əsas götürərək onun ofsaydda olmadığını təsdiq edir. Lakin onun epizoda mümkün təsirini nəzərə almaq lazım idi. Bu axşam "Mançester Yunayted" ilə əlaqə saxlanılaraq mühakimə xətası hesab etdiyimiz fakt etiraf olunub. Hadisə ilə bağlı araşdırma aparılacaq", — deyə bəyanatda qeyd olunub.

Qurum qərarın oyunun nəticəsinə təsir etdiyini qəbul edərək "Mançester Yunayted" rəhbərliyindən rəsmən üzr istənildiyini və VAR heyətinin işi ilə bağlı daxili təhqiqatın başladıldığını vurğulayıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью