Hakimlər otağına hücum çəkən məşqçiyə ağır cəza

05.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən bir oyunla bağlı qərarlarını açıqlayıb.

Modern.az xəbər verir ki, komitə bir məşqçi və bir futbolçunu cəzalandırıb.

“Zirə” ilə görüşdə hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədən “Sumqayıt”ın baş məşqçisi Kənan Hacıyev 5 oyun cəzalandırılıb.

“Zirə”nin futbolçusu Hüseyn Ağaverdiyev isə qələbəni “Sumqayıt”ın texniki zonasının qarşısında qeyd etdiyinə görə 2-si şərti olmaqla 3 oyunluq diskvalifikasiya olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью