Hakimlər üçün seminar keçirildi

28.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə hakimlər və hakim olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.

Fanat.Az xəbər verir ki, baş hakim Gündüz Abdullayevin rəhbərliyi ilə gerçəkləşən seminarda 36 nəfər iştirak edib.

Bunda məqsəd dekabrda keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.

Nəzəriyyəni uğurla başa vuran hakimlər dekabrda sınaq imtahanında iştirak edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью