Hakimləri təhdid edən məşqçiyə cəza İdman və Biz

19.11.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan çempionatının I Liqasında çıxış edən “Mingəçevir”in məşqçisi Namiq İbrahimli cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Çalışdırıcı VII turun “Mingəçevir” – “Baku Sportinq” oyunundakı hərəkətlərinə görə cəzaya layiq görülüb. İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb.

Məşqçi bundan sonra hakimləri təhqir və təhdid edib. AFFA onu 5 oyunluq cəzalandırıb. “Mingəçevir” 400 manat cərimə olunub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью