Hakimləri təhqir edən baş məşqçi cəzalanıb

30.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA İntizam Komitəsi U-14 Liqasında çıxış edən "Metak"ın baş məşqçisi Mehman Səfərovu 5 oyunluq cəzalandırıb.

Avtosfer.az-ın məlumatına görə, buna mütəxəssisin "Caspian"la görüşdə hakimləri təhqir etməsi səbəb olub.

U-13 Liqasında da eyni klubun baş məşqçisi olan mütəxəssis "Uğur"la matçda da "əməlindən" qalmayıb. Ona bu çempionatda 5 matçlıq cəza kəsilib.

Eyni hal Region Liqasında da yaşanıb. "Dirçəliş"in futbolçusu Nurlan Dadaşov "Marafon"la qarşılaşmada ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью