Hakimləri təhqir edən iki baş məşqçiyə 5 oyunluq cəza

05.12.2024

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

AFFA Gənclər Liqasında keçirilən "Sumqayıt" - "Zirə" oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən "Çinar" (Gəncə) – "Azəri" (Gəncə) oyununda meydan sahiblərinin baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью