Hakimləri təhqir edən Kurban Berdıyevin cəzası açıqlanıb

16.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

AFFA “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda baş verənlər səbəb olub. Berdıyev görüşün 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.

Buna görə mütəxəssis 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz” komandası 4000 manat cərimələnib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью