Hakimləri təhqir edən mütəxəssislə bağlı qərar qüvvədə saxlanıldı

04.06.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı başa çatan mövsümdə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin mayın 21-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Amit Quluzadə I Liqanın XXVI turunda "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün beş oyunluq cəza alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью