Hakimlərimiz Antalyada oyun idarə ediblər

08.01.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz ilk yoxlama oyunlarını idarə ediblər.

Apasport.az xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Artıq müvəqqəti baş məşqçi deyil: Vaqif Cavadov rəsmən "Sumqayıt"da "Kəpəz"in futbolçusu məşqlərə başlayıb "Sevilya" Juninyonun nazını çəkmək istəmir: Hücuma yeni namizəd Emin Mahmudov: "Oynamaq üçün çox darıxmışam" “Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью