Hakimlərimiz “Turkish Open”də FOTO

07.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli hakimləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open”ə ədaləti qoruyacaqlar.

İdman.biz xəbər verir ki, referilərimiz Aygül Abdullayeva və Ramal Camalov parataekvondoçuların mübarizəsində iş başında olacaqlar.

Onlar, həmçinin kyorugi (döyüş) və pumsedə funksiyalarını yerinə yetirəcəklər.

Gündüz Abdullayev parataekvondo və kyorugi, Etibar İbrahimov isə pumse üzrə yarışlarda ədaləti qoruyacaqlar.

Qeyd edək ki, turnir fevralın 8-16-da keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью