Hakimlərimizə beynəlxalq təyinat

21.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Futzal üzrə FİFA referilərimiz beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın 3-cü qrupu çərçivəsində keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.

Martın 12-də Erzincan şəhərində baş tutacaq matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью