Hakimlərin ailələri haqda düşünməliyik

22.02.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik son vaxtlar tənqid olunan İspaniya hakimlərindən danışıb. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Mütəxəssis deyib: 

"Hakimlərlə baş verən fəlakətdir. Biz onların ailələri haqda düşünməliyik. Hamımız səhv edirik. Bu cür səhvlərin qarşısını almaq üçün indi VAR mövcuddur. Hakimləri qorumalıyıq". 

Qeyd edək ki, daha öncə "Osasuna" - "Real" matçında (1:1) qonaqların futbolçusu Cud Bellinqemə qırmızı vərəqə göstərən hakim Xose Munuero Montero çoxsaylı tənqidlər və hədə-qorxularla rastlaşıb. Həmçinin İspaniya Kral Futbol Federasiyası onun futboldan kənar işləri ilə bağlı araşdırmaya başlayıb. Montero araşdırma davam etdiyi dövrdə heç bir rəsmi matça idarə edə bilməyəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью