Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası dəyişir

28.02.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə hakimlər barəsində intizam icraatı başlada biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq hakimlər barəsində intizam icraatı Məhkəmə-Hüquq Şurasının öz təşəbbüsü ilə və ya həmin qanunun 112-ci maddəsinin birinci hissəsində göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər.

Qüvvədə olan qanunvericiliyə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq hakimlər barəsində intizam icraatını yalnız həmin qanunda göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər.

Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul olunub.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью