Hakimlərin “Kəpəz”ə qarşı qərəzi, ya səhvi? İdmanXəbər | Icma.az
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Kəpəz”in son turlardakı hakim qərarlarından narazılığını diqqətinizə çatdırmışdıq.
Gəncə təmsilçisi mütəmadi olaraq sosial şəbəkə hesabından bununla bağlı paylaşımlar edir.
Epizodlara və “Kəpəz”in son matçlarındakı hakim qərarlarına baxanda “sarı-göylər”in haqlı olduğunu görmək olur.
Hələ Premyer Liqanın X turunda “Kəpəz” – “Qarabağ” matçında baş verənlər unudulmayıb.
Sözügedən oyunda Ağdam klubunun yarımmüdafiəçisi Julio Romao rəqibinə idmanın karate növündə rast gəlinən zərbə vursa da, hakim bu epizodu görməzdən gəldi.
VAR da bu sərt müdaxiləyə qarşı səsini çıxarmadı. Elə həmin görüşdə Gəncə təmsilçisinin təmiz qolu da hesaba alınmadı.
Top qapı xəttini keçməsinə baxmayaraq, nə orta hakim, nə də yan xətt hakimi mərkəzi göstərmədi.
Tam oxu
Xəbəri oxu