Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib

26.09.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il sentyabrın 25-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, iclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.

Müsahibə zamanı namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib, biliklərini tətbiqetmə və özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəylərini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılıb.

Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.

Qaydalara əsasən, hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin SİYAHISI:

№ Soyadı, adı, atasının adı 1. Abbaslı Vüqar Qurban oğlu 2. Abbasov Lətif Kazım oğlu 3. Abbasov Səbuhi Mehdi oğlu 4. Abbasova Fərəh Qulam qızı 5. Abdullayev Hörmət Uğurlu oğlu 6. Adıgözəlova Bəxtşən Aydın qızı 7. Allahverdiyev Fuad Zahir oğlu 8. Babayev Rəşad Mahir oğlu 9. Cəfərov Vüsal Suliddin oğlu 10. Əhmədli Səxavət Böyükağa oğlu 11. Əkbərova Aysel Seymur qızı 12. Əliyev Natiq Abbas oğlu 13. Əlizadə Əli İlqar oğlu 14. Əzizli Bəsdi İlham qızı 15. Həmidova Aynur Eldar qızı 16. Həsənzadə Səbuhi Mehdi oğlu 17. Həşim Rəşad Əlisahib oğlu 18. Hümbətov Elmir Sahib oğlu 19. Hümbətov Əli Surxay oğlu 20. İsa-zadə Elnur Nizami oğlu 21. İslamzadə Vüqar Səyyar oğlu 22. Kazımlı Araz Osman oğlu 23. Kazımova Şəhla Saleh qızı 24. Qurbanova Gülay Əjdər qızı 25. Məmmədov Fariz Rais oğlu 26. Məmmədov Rəsul Yasər oğlu 27. Məmmədova Aydan Adgözəl qızı 28. Məmmədova Nuranə Asif qızı 29. Məmmədova Rübabə Əşrəf qızı 30. Mikayılov Səbuhi Həsənpaşa oğlu 31. Mirzəyeva Şəlalə Namiq qızı 32. Muxtarov Mirtale Mirzamin oğlu 33. Nəcəfova Lamiə Amil qızı 34. Nəcəfova Taliyə Tofiq qızı 35. Nəsirli Nərmin Hüseyn qızı 36. Rzayev Əsvər Məhərrəm oğlu 37. Səfərova Ülkər Asim qızı 38. Süleymanova Leyla Abbas qızı 39. Tağıyeva Vəfa Hənifə qızı 40. Zərbiyeva-Babazadə Fatimə Qədir qızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью