Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hayduk” UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: - Maraqlı oyun alındı.
Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda meydanda istəkli idi.
Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən səhv gözləyirdi.
Elə oldu ki, rəqib buraxdı o səhvi, qol vurduq. Nəticəni artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu.
İkinci qolu vursaydıq, fərqli sonlqu olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi.
Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım.