futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– İki fərqli hissə oldu. Fasilədən sonra daha yaxşı oynadıq. Təəssüf ki, qalib gələ bilmədik.
– Sanki hakimlikdən narazı idiniz…
– Baş məşqçilərə bu haqda suallar verirsiniz. Hakimlikdən danışanda nəsə dəyişir? Dəyişmirsə, danışmağa ehtiyac yoxdur.
– Komandanın ikinci sırada olmağı sizi razı salır?
– Turnir cədvəlinə baxmırıq. Oyundan-oyuna diqqət edirik.
Şahin Cəfərov