“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

08.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Misir millisinin hücumçusu Məhəmməd Salah 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra hakim idarəçiliyindən narazılığını ifadə edib.

QOL.az “Goals Side” saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu bu barədə deyib: 

“Hakimlik barədə çox danışmaq istəmirəm. Çünki danışsam, böyük problemlə üzləşəcəyəm. Bütün qərarların sənin əleyhinə verildiyini görmək kədərli və məyusedicidir. Üstəlik, söhbət dünya çempionatının həlledici oyunundan gedir”.

Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə ilə qarşılaşacaq. Oyun iyulun 12-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью