Hakobyan Paşinyandan ayrıldı: Deputat mandatından imtina etdi

10.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vətəndaş Müqaviləsi” partiyasının üzvü Vaqarşak Hakobyan parlament mandatından istefa vermək qərarına gəlib.

“Cebheinfo.az”-ın məlumatına görə, Hapokyan bu barədə sosial şəbəkədə paylaşım edib.

Hakim partiyanın nümayəndəsi bundan sonra özəl sektorda fəaliyyət göstərməyə davam etmək niyyətində olduğunu və müvafiq ərizəni iyulun 10-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyini bildirib.

“Qərar Baş nazir və “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti ilə razılaşdırılıb. Mən partiyada qalmağa və siyasi komandamıza töhfə verməyə davam edəcəm”, - deyə Hakopyan qeyd edib.

Ermənistan mediasının məlumatına görə, Hakopyan keçmiş yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın yaxın dostudur və eyni zamanda iş adamı və keçmiş deputat Xaçatur Sukiasyanın əlbir olduğu şəxs hesab olunur.

Maraqlıdır ki, Hakopyan istefa qərarını uzun müddətdir dostluq münasibətləri olan Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyanın vəzifəsindən getməsi ilə eyni gündə elan edib.

Qeyd etmək lazımdır ki, Hakopyan aktiv siyasi karyerasına 2018-ci il inqilabından sonra başlayıb və Diaspora İşləri Nazirinin köməkçisi olub.

O dövrdə nazir vəzifəsini Mxitar Ayrapetyan tuturdu. 2018-ci ilin dekabr ayından Hakopyan Ermənistan Milli Məclisinin üzvüdür.

Müşfiq Abdulla 
“Cebheinfo,az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью