“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir? | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumat yayır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində etiket məluma
Tribunainfo.az xəbər verir ki, bu, şirkətin ilk nöqsanı və bu nöqsana görə ilk cəzası deyil.
Elə iki il öncə də eyni bu nöqsana görə “Best Beef”lə bağlı protokol imzalanıb.
Belə ki, 2023-cü ildə iş adamı, fiziki şəxs Vüqar Tahirovun istehsal etdiyi “Best Beef” markalı bişmiş hisə verilmiş “Servalat” kolbasasında və əla növ “Ocaq” sosiskasında, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanmışdı.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar etmişdi.
V.Tahirova məxsus “Best Beef” əmtə nişanlı daha bir neçə məhsulda iki il sonra eyni nöqsanın aşkarlanması maraq doğurur.
Görünür iş adamı V.Tahirov ilk protokoldan dərs çıxarmayıb və hələ neçə il də üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si olan məhsular istehsal edib və satışa çıxarıb.
Qeyd edək ki, AQTA-nın dünən yaydığı məlumatda məlum oldu ki, “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Tam oxu
Xəbəri oxu